“İRƏLİ” Milli bayraq günü münasibətilə tədbir keçirib

“İRƏLİ” Milli bayraq günü münasibətilə tədbir keçirib
# 10 noyabr 2012 08:57 (UTC +04:00)
Bakı-APA. Noyabrın 9-da Milli bayraq günü münasibətilə “İRƏLİ” İctimai Birliyi, Park Bulvar AVM və Bakı Musiqi Akademiyası Tələbə Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə Park Bulvar AVM-də tədbir keçirilib.
APA-nın məlumatına görə, tədbirdə Bakı Musiqi Akademiyası Tələbə Gənclər təşkilatının fəalları bir-birindən maraqlı musiqi nömrələri ilə çıxış ediblər. ART SCHOOL by Alyona Bandurina tərəfindən uşaqlar üçün müxtəlif müsabiqələr keçirilib. Qaliblər Park Bulvar tərəfindən hədiyyələrlə mükafatlandırılıblar.

Qeyd edək ki, tədbirin məqsədi bayraq gününün qeyd olunması və milli atributların təbliğidir.

Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 noyabr 2009-cu il tarixli fərmanından sonra, 9 noyabr tarixi “Milli bayraq günü” kimi dövlət səviyyəsində qeyd olunur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR