Ermənistanın baş naziri Almaniya və ABŞ-a işgüzar səfər edəcək

Ermənistanın baş naziri Almaniya və ABŞ-a işgüzar səfər edəcək
# 06 dekabr 2012 11:05 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova-APA. Ermənistanın baş naziri Tiqran Sərkisyan Almaniya və ABŞ-a işgüzar səfərə gedəcək. APA-nın erməni mətbuatına istinadən yaydığı məlumata görə, Tiqran Sərkisyan Almaniyada ölkə rəhbərliyi, aparıcı şirkətlərin rəhbərləri, yerli erməni icmasının nümayəndələri ilə görüşəcək.

Dekabrın 8-də isə baş nazir Kaliforniyaya üç günlük səfərə gedəcək. Onun konqresmen Adam Şifflə, Kaliforniyanın erməni icmasının nümayəndələri ilə görüşü planlaşdırılır.

Ermənistan hökumətinin rəhbəri həmçinin Harvard Universitetində keçirilən seminarda iştirak edəcək, erməni diasporunun nümayəndələri ilə görüşəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR