Bakıda 3 maşın toqquşub, 3 nəfər xəsarət alıb - VİDEO

Bakıda 3 maşın toqquşub, 3 nəfər xəsarət alıb - <span style="color: red;">VİDEO
# 02 oktyabr 2015 22:14 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə Heydər Əliyev prospektində qeydə alınıb.

APA-nın məlumatına görə, prospektin hava limanından şəhərin mərkəzinə doğru gedən hissəsindən üç avtomobil toqquşub. Prospektlə hərəkətdə olan "Hyundai" markalı avtomobilə arxadan "KİA" markalı maşın çırpılıb. Arxadan yüksək sürətlə gələn VAZ-2107 markalı avtomobilin sürücüsü isə idarəetməni itirib və maşını qəzaya uğramış avtomobillərə çırpıb. Qəza nəticəsində "VAZ-2107"-nin sürücüsü, 1986-cı il təvəllüdlü Şirinov Qüdrət Fariz oğlu və həmin maşındakı sərnişinlər - 1987-ci il təvəllüdlü Quliyev Emil Məzahir oğlu, 1981-ci il təvəllüdlü Bədəlov Rəşad Əliseyran oğlu müxtəlif dərəcəli xəsarətlər alıblar. Yaralılar hadisə yerinə çağırılmış təcili tibbi yardım maşınları ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR