Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - VİDEO - FOTO

Gənclər və İdman Nazirliyinin kollektivi Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib - <span style="color: red;">VİDEO  - <span style="color: red;">FOTO
# 26 iyul 2014 10:25 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova - APA. Gənclər və İdman Nazirliyi bu gün 20 illik yubileyini qeyd edir.

APA-nın xəbərinə görə, bununla bağlı nazirliyin kollektivi bu gün Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət edib. Nazir müavini İntiqam Babayev jurnalistlərə açıqlamasında deyib ki, 20 il bundan əvvəl 1994-cü ildə məhz ulu öndər Heydər Əliyevin fərmanı ilə ilk dəfə olaraq gənclərin inkişafına yönələn dövlət qurumu olan Gənclər və İdman Nazirliyi yaradılıb: "Nəzərə alsaq ki, Azərbaycan gənclər ölkəsidir və əhalinin yarıdan çoxunu da məhz gənclər təşkil edir, ona görə də nazirliyin üzərinə böyük məsuliyyət düşür. 20 il ərzində Azərbaycanda gənclərlə bağlı kifayət qədər işlər həyata keçirilib. Bu günə qədər gənclərlə bağlı minlərlə layihələr reallaşıb. Artıq Azərbaycan gəncləri öz müstəqil ölkəsini xaricdə layiqincə təmsil etmək iqtidarına malikdirlər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR