İrandan Azərbaycana daxili orqanında tiryək keçirmək istəyən şəxs saxlanılıb

İrandan Azərbaycana daxili orqanında tiryək keçirmək istəyən şəxs saxlanılıb
# 01 aprel 2015 07:37 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan gömrük xidmətinin əməkdaşları vətəndaşdan tiryək müsadirə edib.

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı Eldəniz Aslanovun üzərində şəxsi yoxlama zamanı onun daxili orqanından (düz bağırsağından) 1 ədəd bükümdə, xalis çəkisi 99,927 qram olan narkotik vasitə - tiryək aşkar edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR