Gəncədə təcili tibbi yardım çağırışlarının sayı artıb

Gəncədə təcili tibbi yardım çağırışlarının sayı artıb
# 01 fevral 2013 15:34 (UTC +04:00)

Bakı. Azər Məmmədli – APA. Gəncədə yuxarı tənəffüs yollarının katarından əziyyət çəkənlərin sayı kəskin artıb. Bu barədə məlumatı APA-nın qərb bürosuna Gəncə şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Namiq Nəbiyev verib. Onun sözlərinə görə, buna səbəb havaların isti olması, daha sonra soyumasıdır: “Adi günlərdə 150-170 çağırış həyata keçirilirdisə, hazırda bu rəqəm 200-ə kimi qalxıb. Əsasən axşam saatlarında çağırışların sayı çoxalır. Hazırda virusa yoluxan şəxslər qızdırma, halsızlıq, əzələ ağrıları və burun axma kimi əlamətlərdən şikayətlənirlər”. N.Nəbiyev yuxarı tənəffüs yollarının katarı xəstəliklərindən əziyyət çəkənləri yataq rejiminə keçirməyi və bu zaman maye çox qəbul etməyi məsləhət görüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR