Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, bəzi yerlərdə duman, çiskin olacaq. Gün ərzində əsasən yağmursuz keçəcək. Mülayim cənub-qərb küləyi əsəcək. Səhər şimal-qərb küləyinin güclənəcəyi gözlənilir, axşam mülayimləşəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-10 dərəcə isti olacaq.
Bölgələrdə bəzi yerlərdə yağış, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq, qərb küləyi əsəcək. Ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Temperatur gecə 1-6, gündüz 9-14, dağlıq ərazilərdə gecə 0-4, gündüz 4-9 dərəcə isti olacaq.