Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək

Bakıda beynəlxalq təhsil sərgisi keçiriləcək
# 25 fevral 2013 16:43 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Fevralın 28-də Bakıda növbəti beynəlxalq təhsil sərgisi keçiriləcək.

APA-nın xəbərinə görə, sərgidə Böyük Britaniya, Almaniya, ABŞ, Avstraliya, İspaniya, İsveçrə, Kipr, Malaziya və digər ölkələrin təhsil müəssisələri nümayiş olunacaq.

Təhsil sərgisi çərçivəsində vətəndaşlar xarici universitetlərə necə daxil olmaq, hansı ölkədə təhsilin daha yaxşı olması, tələbələr üçün nəzərdə tutulan güzəştlər və digər xidmətlər barədə ətraflı məlumat alacaqlar.

Qeyd edək ki, beynəlxalq təhsil sərgisi fevralın 28-i saat 16:00-dan 20:00-dək “Hilton” hotelində təşkil olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR