Moskva məhkəməsi Dağlıq Qarabağdakı qondarma rejiminin əsas sponsorunun şikayətini təmin etməyib

Moskva məhkəməsi Dağlıq Qarabağdakı qondarma rejiminin əsas sponsorunun şikayətini təmin etməyib
# 28 iyun 2016 14:32 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. Moskva şəhər Məhkəməsində Dağlıq Qarabağdakı qondarma rejimi maliyyələşdirən erməni biznesmen Levon Ayrapetyanın apellyasiya şikayəti təmin olunmayıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, 700 min dollar vəsaiti mənimsəməkdə təqsirli bilinən erməni sahibkar barəsində çıxarılmış 4 il müddətinə azadlıqdan məhrum edilmə hökmü qüvvədə qalıb.

Xatırladaq ki, Dağlıq Qarabağdakı separatçı rejimin əsas sponsoru olan erməni iş adamı Levon Ayrapetyan “Başneft” işi ilə əlaqədar mənimsəmə və çirkli pulların yuyulmasında ittiham olunur. O, 2014-cü ilin iyulunda həbs edilib.


L. Ayrapetyan dünyadakı erməni diasporunun 10 ən varlı fəalından biri hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR