Azərbaycan paytaxtında sərnişin avtobusları toqquşub, 10 nəfər xəsarət alıb

Azərbaycan paytaxtında sərnişin avtobusları toqquşub, 10 nəfər xəsarət alıb
# 18 aprel 2013 11:38 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakıda iki sərnişin avtobusu toqquşub. Səbail Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Bayıl qəsəbəsində qeydə alınıb. 88 və 147 saylı xətt avtobuslarının toqquşması nəticəsində 10 nəfər xəsarət alıb.

Bakı Şəhər Təcili Tibbi Yardım Stansiyasından APA-ya verilən məlumata görə, vəziyyəti ağır olan 7 yaralı xəstəxanaya yerləşdirilib, üç nəfərə isə hadisə yerində ilkin tibbi yardım göstərilib və onlar evə buraxılıb.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR