Azərbaycan ərazisində fevralın 7-dən hava şəraiti pisləşəcək, bəzi ərazilərdə qar yağacaq - YENİLƏNİB

Azərbaycan ərazisində fevralın 7-dən hava şəraiti pisləşəcək, bəzi ərazilərdə qar yağacaq - <span style="color: red;">YENİLƏNİB
# 05 fevral 2013 09:37 (UTC +04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında bildirib ki, fevralın 7-də Bakı və Abşeron yarımadasında çiskinli yağış yağacağı gözlənilir.

A. Verdiyev qeyd edib ki, yaxın 3 gün ərzində Bakı və Abşeron yarımadasında dəyişkən buludlu və əsasən yağmursuz hava şəraiti gözlənilir. Fevralın 6-da axşam bəzi yerlərdə duman olacaq, arabir güclənən şimal-qərb və cənub küləkləri əsəcək. Havanın temperaturu gündüz saatlarında fevralın 6-da 7-10 dərəcə, fevralın 7-də 7-11 dərəcə, fevralın 8-də isə 6-10 dərəcə isti gözlənilir.

Bölgələrdə də yaxın 3 gün ərində əsasən yağmursuz hava şəraiti gözlənilir. Ayın 6-da qərb rayonlarında arabir güclənən külək əsəcək. Temperatur Aran rayonlarında gündüz 10-15 dərəcə isti, dağlıq rayonlarda isə 4-9 dərəcə isti gözlənilir. Fevralın 7-də isə bəzi yerlərdə yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacağı gözlənilir.

***

Bakı və Abşeron yarımadasında fevralın 6-da hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz olacağı gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 3-6, gündüz 7-10 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında fevralın 6-da hava şəraitinin əsasən yağmursuz olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturunun gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 10-15 dərəcə isti, dağlarda gecə 0-5, yüksək dağlıq ərazilərdə 8-13 dərəcə şaxta, gündüz 4-9 dərəcə isti olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR