Bakı. Vahab Rzayev – APA-Economics. Aprelin 16-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 14 757 bəndədək, S&P 500 1,4% - 1 575 bəndədək, Nasdaq 1,5% - 3 265 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ fond bazarında indekslərin yüksəlməsinə daşınmaz əmlak bazarı üzrə müsbət statistika və bir sıra iri şirkətlərin müsbət hesabatları səbəb olub.
Avropa fond bazarlarında aprelin 16-da FTSE 100 indeksi 0,6% - 6 305 bəndədək, Almaniya DAX-ı 0,4% - 7 683 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 686 bəndədək enib.
COMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% azalaraq 1 380,4 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3174 (-0,02%) dollar təşkil edir.