Bakıda avtomobil təmiri sexində "Mercedes" yanıb

Bakıda avtomobil təmiri sexində "Mercedes" yanıb
# 28 oktyabr 2014 19:13 (UTC +04:00)

Bakı-APA. Bakıda yanğın hadisəsi qeydə alınıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, yanğın Bakının Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 40 kv.m olan avtomobil təmiri sexində baş verib. Nəticədə sexdə təmirə dayanmış "Mercedes" markalı minik avtomobilinin yanar hissələri yanıb. Avtomobil sexi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR