Paşha Bank
Bank Of Baku

Azərbaycan və Niderland XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib - YENİLƏNİB-1

Azərbaycan və Niderland XİN rəhbərlərinin geniş tərkibdə görüşü keçirilib  - YENİLƏNİB-1
# 26 oktyabr 2026 12:44 (UTC +04:00)

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Niderlandın xarici işlər naziri Tom Berendsenlə geniştərkibli görüşü keçirilib.

APA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında bildirilib.

Görüşdə Azərbaycan-Niderland münasibətlərinin hazırkı vəziyyəti və inkişaf perspektivləri, siyasi dialoqun gücləndirilməsi, ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, eləcə də enerji, nəqliyyat, kənd təsərrüfatı, su ehtiyatlarının idarə edilməsi, innovasiya və təhsil sahələrində əməkdaşlıq imkanları müzakirə olunub.

Nazirlər Azərbaycan-Niderland münasibətlərinin inkişafı üzrə 2026–2028-ci illəri əhatə edən Yol Xəritəsinin qəbulunu ikitərəfli əməkdaşlığın inkişafı üçün mühüm addım kimi qiymətləndiriblər.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin, müntəzəm siyasi məsləhətləşmələrin və biznes dairələri arasında əlaqələrin gücləndirilməsinin əhəmiyyəti vurğulanıb.

Görüşdə, həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, regional vəziyyət və Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi ətrafında fikir mübadiləsi aparılıb.

Ceyhun Bayramov Niderlandlı həmkarına sülh prosesi, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, eləcə də minaların yaratdığı davamlı humanitar təhlükə barədə məlumat verib.

Tərəflər ikitərəfli münasibətləri daha da möhkəmləndirmək və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığı genişləndirmək niyyətlərini təsdiqləyiblər.

***

11:27

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Niderland Krallığının xarici işlər naziri Tom Berendsenin təkbtək görüşü başlayıb.

APA xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib.

***

11:22

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Niderland Krallığının xarici işlər naziri Tom Berendsenlə görüşüb.

APA xəbər verir ki, bu barədə XİN-in "X" hesabında bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR