Bank Of Baku

Dennis Sammut: Azərbaycanla Ermənistan arasında sülh Avropa üçün yeni bir dövrdür

“Links Europe” şirkətinin direktoru Dennis Sammut

© APA | “Links Europe” şirkətinin direktoru Dennis Sammut

# 04 sentyabr 2026 11:25 (UTC +04:00)

Azərbaycanla Ermənistan arasında sülh yaxınlaşır.

APA xəbər verir ki, bunu “Links Europe” fondunun direktoru Dennis Sammut Bakıda BMTMM və adıçəkilən fondun birgə təşkilatçılığı ilə keçirilən “Avropa-Azərbaycan münasibətləri: tarixi təcrübənin dəyərləndirilməsi və gələcək əməkdaşlıq istiqamətləri” mövzusunda dəyirmi masada deyib.

Onun sözlərinə görə, bu, bütövlükdə Cənubi Qafqaz, eyni zamanda, Avropa üçün yeni bir dövrdür.

Sammut sülh sazişinin paraflandığını, lakin hələ imzalanmadığını xatırladıb.

Direktor 90-ci illərin ortalarında Azərbaycanın müharibənin nəticələrindən əziyyət çəkdiyini, indi isə tamamilə başqa vəziyyətdə olduğunu vurğulayıb.

O, Avropa İttifaqının Azərbaycanla bağlı keçmiş siyasətini də tənqid edib: “Aİ Azərbaycanla münasibətdə çox səhvlər edib. 2008-ci ildə Azərbaycanda Aİ-nin nümayəndəliyi açıldı. Lakin həmin vaxt Azərbaycanın müstəqilliyini bərpa etməsindən təxminən iyirmi il keçmişdi”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR