Azərbaycanda ötən il 600-dək kiçik müəssisə və obyekt özəlləşdirilib

Azərbaycanda ötən il 600-dək kiçik müəssisə və obyekt özəlləşdirilib
# 29 yanvar 2013 12:50 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda 2012-ci ildə kiçik özəlləşdirmə prosesi çərçivəsində 600-ə yaxın müəssisə və obyekt, 620-yə yaxın obyektin yerləşdiyi torpaq sahəsi özəlləşdirilib. Əmlak Məsələləri Dövlət Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu barədə Komitədə 2012-ci ilin nəticələri ilə bağlı keçirilən iclasda bildirilib.

İl ərzində səhmlərin satışı üzrə keçirilmiş 53 pul və ixtisaslaşdırılmış pul hərracında 32 səhmdar cəmiyyətin səhmləri satılıb. İnvestisiya müsabiqəsi vasitəsilə özəlləşdirilmiş müəssisələrə 2012-ci il ərzində müqavilələr üzrə müsabiqə qalibləri tərəfindən 160 mln. manata yaxın məbləğdə investisiya qoyulub.

Bu ilin yanvarın 1-nə 13 841 dövlət təsisatı və filialının 143 837 daşınmaz əmlakları barədə məlumatlar dövlət əmlakının Registrində qeydiyyata alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR