Yevlax sakini qaynını qətlə yetirib

Yevlax sakini qaynını qətlə yetirib
# 28 mart 2013 09:26 (UTC +04:00)

Mingəçevir. Elvin Yaqubov – APA. Ötən gecə Mingəçevir şəhərində qətl hadisəsi baş verib. APA-nın xəbərinə görə, Yevlax rayonunun Aran qəsəbə sakini, 1981-ci il təvəllüdlü Süleymanov Vüsal Vəli oğlu qayını - Mingəçevir şəhər sakini, 1981-ci il təvəllüdlü Quliyev Eşqin Hüseyn oğlunu bıçaqlayaraq qətlə yetirib.

Qətlin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

V. Süleymanov saxlanılıb. Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR