Millət vəkili: “Reproduktiv sağlamlığın qorunması haqqında qanun” layihəsi bu il müzakirə olunmayacaq

Millət vəkili: “Reproduktiv sağlamlığın qorunması haqqında qanun” layihəsi bu il müzakirə olunmayacaq
# 27 fevral 2015 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. "Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsi”ndə bəzi çətinliklər olduğuna görə qalıb və bu il də müzakirə olunmayacaq".

APA-nın xəbərinə görə, Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli jurnalistlərə açıqlamasında deyib ki, bu qanun layihəsi 6-7 ildir üzakirə edilir.

Onun sözlərinə görə, qanun layihəsi bəzi məsələlərə görə saxlanılıb: “Sağlamlığın qorunması haqqındaqanunda bu məsələlər ehtiva edilib və problemlərin böyük əksəriyyəti öz həllini tapıb. Lakin bu qanun çərçivə qanunudur. Biz istədik ki, konkret bir sahəyə girək. Ölkədə ayrı-ayrı xəstəliklər haqqında qanunlar var. İstədik ki, reproduktiv sağlamlıqla bağlı bu məsələni də konkretləşdirək. Burada bir az çətinlik olduğuna görə qaldı və bu il müzakirəsi olmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR