Varşavada Novruz bayramı qeyd olunub - FOTO

Varşavada Novruz bayramı qeyd olunub - <span style="color: red;">FOTO
# 19 mart 2015 14:28 (UTC +04:00)

Bakı-APA. Polşanın Vistula Universitetində Novruz bayramı tədbiri keçirilib.

Universitetin tələbəsi Ramal Məmmədlinin APA-ya verdiyi məlumata görə, tədbir Dünya Azərbaycanlıları Konqresinin Polşa nümayəndəliyi tərəfindən təşkil olunub. Nümayəndəliyin sədr müavini Yaqub Abbas, habelə tələbə Rəsul Məmmədov çıxışlarında Azərbaycan mədəniyyəti və onun tarixi, habelə Novruz bayramının xalqımız üçün önəmindən danışıblar.

Tədbirdə, həmçinin Azərbaycan milli rəqsləri və mətbəxi də tanıdılıb. Qazaxıstan və Tacikistandan olan tələbələr də tədbirdə çıxış ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR