Zərdabda qardaş qardaşı bıçaqlayıb

Zərdabda qardaş qardaşı bıçaqlayıb
# 02 aprel 2015 08:27 (UTC +04:00)

Zərdab. Zahid Abışov - APA. Zərdabda qardaş qardaşı bıçaqlayıb.

Zərdab Rayon Polis Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, hadisə rayonun Məmmədqasımlı kəndində baş verib.

Kənd sakini, 1968-ci il təvəllüdlü Dosməmmədov Qaçay Saday oğlu şəxsi münasibətlər zəminində qardaşı, 1960-cı il təvəllüdlü Sadiqi bıçaqlayıb. Yaralı təcili olaraq Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə yerləşdirilib.

Xəstəxanadan verilən məlumata görə, ağır vəziyyətdə cərrahiyə şöbəsinə daxil olan yaralıya lazımı tibbi yardım göstərilib, hazırda vəziyyəti orta ağırdır. Hadisəni törədən Q.Dosməmmədov polis tərəfindən saxlanılıb. Hadisənin səbəbi Zərdab Rayon Polis Şöbəsində araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR