Bilik Fondunun icraçı direktoru Ukraynada elmi-metodik konfransda iştirak edib

Bilik Fondunun icraçı direktoru Ukraynada elmi-metodik konfransda iştirak edib
# 03 mart 2015 12:29 (UTC +04:00)

Bakı. Cavid Zeynallı – APA. Bilik Fondunun icraçı direktoru Oktay Səmədov Ukraynada keçirilən elmi-metodik konfransda iştirak edib.

Fonddan APA-ya verilən məlumata görə, Ukraynanın Poltava İqtisadiyyat və Ticarət Universitetində keçirilən tədbirdə icraçı direktor tələbələrin elmi biliklərinin artırılmasında əhalinin maarifləndirilməsi istiqamətində fəaliyyət göstərən dövlət qurumlarının rolundan danışıb, Azərbaycanda ölkə rəhbərinin fərmanı ilə fəaliyyətə başlamış Bilik Fondunun məqsəd və vəzifələri, həyata keçirdiyi beynəlxalq layihələr, xarici ölkə mütəxəssislərinin, alim və tədqiqatçıların universitet auditoriyalarında mühazirə və təlimlərinin təşkili barədə məlumat verib.

Konfransın açılış mərasimində Poltava İqtisadiyyat və Ticarət Universitetinin müraciətinə cavab olaraq universitetlə Bilik Fondu arasında əməkdaşlıq sazişi imzalanıb.

Qeyd olunub ki, universitetdə 300-dək azərbaycanlı bakalavr, magistratura və doktorantura pillələrində təhsil alır, təhsil ocağının nəzdində Bakı Slavyan Universitetinin dəstəyi ilə Azərbaycan Tədris-Mədəniyyət Mərkəzi fəaliyyət göstərir.

Fondun icraçı direktoru konfrans çərçivəsində bir sıra işgüzar görüşlər keçirib, Poltava Vilayət Radasının sədri, Ukrayna İqtisadi Elmlər Akademiyasının vitse-prezidenti, Ukraynanın Mərkəzi İstehlakçılar Cəmiyyətləri Birliyinin İdarə Heyətinin və Belarusun Ticarət-İqtisadiyyat Universitetinin rəhbərliyi, PİTU-nun fakültə dekanları və kafedra müdirləri, doktorant və magistrantlarla fikir mübadiləsi aparıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR