Bakıda yaşayış evlərindən oğurluq edən cinayətkar dəstə tutulub - FOTO - VİDEO

Bakıda yaşayış evlərindən oğurluq edən cinayətkar dəstə tutulub - <span style="color: red;">FOTO  - <span style="color: red;">VİDEO
# 06 oktyabr 2015 23:32 (UTC +04:00)

Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində paytaxtın Sabunçu, Suraxanı və Xətai rayonlarında yerləşən yaşayış evlərindən oğurluq etməkdə şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunan, 1983-cü il təvəllüdlü Mirzai Elməddin Eyvaz oğlu, Ağdam rayon sakini 1992-ci il təvəllüdlü Mirzəyev Hümbət Aqil oğlu, Bakı şəhər sakini 1990-cı il təvəllüdlü Həsənov Elmin Firdovsi oğlu müəyyən olunaraq tutulublar.

Şübhəli şəxslər ətrafında keçirilən ilkin istintaq, əməliyyat-axtarış tədbirləri ilə müəyyən olunub ki, onlar avqustun 16-da axşam saatlarında Sabunçu rayonu Bakıxanov qəsəbəsi Y.Əliyev küçəsində Natella Ağamirzəyevanın evindən pəncərənin dəmir barmaqlığını sındırmaqla 400 manat, noutbuk, planşet və 2 ədəd qol saatı, eyni üsulla sentyabrın 15-də gecə saatlarında Xətai rayonu Pivəzavod küçəsində Davud Həmidovun evindən 500 ABŞ dollar, 1250 Türkiyə lirəsi, qızıl-zinət əşyaları, sentyabrın 19-da Bülbülə qəsəbəsində Gövhər Əliyevanın evindən açıq pəncərədən keçməklə noutbuk və qızıl-zinət əşyalarını talayıblar. O da müəyyən olunub ki, dəstə üzvləri sentyabrın 19-da gündüz saatlarında Bülbülə qəsəbəsində Nadir Bağırovun evindən açıq pəncərədən keçməklə oğurluğa cəhd ediblər.

Şübhəli şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR