Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikası Milli Bədii Muzeyi arasında müqavilə imzalanıb - FOTOSESSİYA

Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikası Milli Bədii Muzeyi arasında müqavilə imzalanıb - <span style="color: red;">FOTOSESSİYA
# 25 iyul 2014 11:13 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. Azərbaycan Milli İncəsənət Muzeyi ilə Belarus Respublikası Milli Bədii Muzeyi arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə bağlı ikitərəfli müqavilə imzalanıb.

APA-nın məlumatına görə, imzalama mərasimində çıxış edən Azərbaycanın mədəniyyət nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, bu müqavilənin imzalanması iki ölkə arasındakı mədəni əlaqələrə müsbət təsir göstərəcək: “Hazırda mədəniyyət və incəsənət sahəsində ən sıx əməkdaşlıq etdiyimiz ölkələrdən biri də Belarusdur. İstər təsviri incəsənət, istər teatr sahəsi, istərsə də musiqi sahəsində bir çox layihələrdə birgə işlərimiz olub və bu ölkə ilə gələcəkdə də əməkdaşlıqdan, yeni layihələr həyata keçirməkdən məmnun olarıq”.

Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev qeyd edib ki, müqavilədə muzey işi ilə bağlı konfransların, seminar və treninqlərin keçirilməsi, daşınan mədəniyyət sərvətlərinin mühafizəsi, konservasiyası və bərpası, elektron kataloqların yaradılması ilə bağlı təcrübə mübadiləsi, muzey işi sahəsində kadrların ixtisaslarının artırılması, fandreyzinq və marketinq sahəsində təcrübə mübadiləsi, muzey işi sahəsində müasir texnologiyaların tətbiqi, beynəlxalq proqramlar və layihələr çərçivəsində əməkdaşlıq və s. nəzərdə tutulub.

Belarus Milli Bədii Muzeyinin direktoru Vladimir İvanoviç Propotskov isə çıxışında deyib ki, Azərbaycanın muzey işində yetərincə təcrübəsi var və bu istiqamətdə əməkdaşlıqdan böyük fayda götürəcəklərinə əmindir. O, təcrübə mübadiləsinin və innovativ xarakterli birgə layihələrin gerçəkləşməsinin çox önəmli faktor olduğunu əlavə edib.

Daha sonra tərəflər arasında müqavilə imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR