Samux rayon sakini özünü bıçaqlayıb

Samux rayon sakini özünü bıçaqlayıb
# 30 iyun 2015 12:04 (UTC +04:00)

Samux. Azər Məmmədli – APA. Samux sakini özünü bıçaqlayıb. APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə rayonun Əhmədbəyli kəndində qeydə alınıb. Kənd sakini, 1986-cı il təvəllüdlü Kənan İsmayılov bıçaqla qarın nahiyəsinə zərbə endirib. Yaralı dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildiriblər.

Məlumata görə K. İsmayılov ailə üzvləri ilə mübahisə etdikdən sonra özünü bıçaqlayıb.

Faktla bağlı Samux rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR