Azərbaycanda baş verən dəhşətli yol qəzasında bir ailənin üç üzvü ölüb, ikisi yaralanıb - YENİLƏNİB

Azərbaycanda baş verən dəhşətli yol qəzasında bir ailənin üç üzvü ölüb, ikisi yaralanıb - <span style="color: red;">YENİLƏNİB
# 03 aprel 2013 14:33 (UTC +04:00)

Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, hadisə Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində qeydə alınıb.

Gürcüstan vətəndaşı, 1973-cü il təvəllüdlü Rauf Mehralı oğlu Əliyevin idarə etdiyi 90 JT 280 dövlət nömrə nişanlı “HOVA” markalı yük avtomobili İmişli rayon Hacırüstəm kənd sakini, 1983-cü il təvəllüdlü Emin Novruz oğlu Babayevin idarə etdiyi “Mercedes Benz E-200” markalı, 30 BF 627” dövlət nömrə nişanlı avtomobillə toqquşub.

Hadisə nəticəsində “Mercedes”in sürücüsü E. Babayev, həyat yoldaşı, 1984-cü il təvəllüdlü Günel Əlimardan qızı Babayeva və qızı 2012-ci il təvəllüdlü Ayan vəfat edib.

Sürücünün iki oğlu - 2006-cı il təvəllüdlü Novruz və 2007-ci il təvəllüdlü Fehruz isə müxtəlif xəsarətlərlə İmişli Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

***

saat 17.33

Bakı. Hafiz Heydərov – APA. İmişli rayonunda ağır yol qəzası baş verib. APA-nın məlumatına görə, hadisə bu gün Hacıqabul-Horadiz yolunun 93-cü kilometrliyində qeydə alınıb. “Mercedes” markalı minik avtomobili “Shacman” markalı yük maşını ilə toqquşub.

Nəticədə “Mercedes” markalı minik avtomobilinin sürücüsü və 2 sərnişini aldıqları ağır bədən xəsarətlərindən hadisə yerindəcə keçiniblər.

Hazırda ölən şəxslərin adları dəqiqləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR