Ötən ay BTC kəməri ilə Azərbaycan neftinin nəql 12% azalıb

Ötən ay BTC kəməri ilə Azərbaycan neftinin nəql 12% azalıb
# 05 iyun 2015 14:55 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin may ayı ərzində Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac boru kəməri vasitəsilə 2 mln. 386,815 min ton Azərbaycan nefti nəql olunub.

APA-Economics”in Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən verdiyi məlumata görə, bu göstərici ötən ilin analoji dövrü ilə müqayisədə 12,4% azdır.

Bu ilin yanvar-may aylarında bu kəmərlə 11 mln. 946,559 min ton neft ötürülüb ki, bu da ötən ilin 5 ayı ilə müqayisədə 2,07% azdır.

Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən bu il iyun ayının 1-ə qədər BTC-yə 275 mln. 771,491 min ton neft vurulub.

Bundan başqa, bu ilin may ayında BTC kəməri ilə 482,622 min ton Qazaxıstan və Türkmənistan nefti nəql olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR