Bank Of Baku

Nazir: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi hələ müzakirə edilməyib”

Nazir: “Azərbaycan və Ermənistan XİN başçılarının görüşünün yeri və tarixi hələ müzakirə edilməyib”
# 25 may 2018 09:36 (UTC +04:00)

"Həmsədrlərin iyun ayında İrəvana səfəri onlar üçün ona görə vacibdir ki, gedib oradakı vəziyyətlə tanış olsunlar və fikir mübadiləsi aparsınlar".

 

APA-nın xəbərinə görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov bildirib.
  

Nazir deyib ki, danışıqların istiqaməti artıq  bilinsə də, İrəvana səfərdən sonra  həmsədrlər danışıqları hansı yollarla davam etdirməyi təklif edəcəklər: "Həmsədrlərin  bu dəfə Azərbaycana səfəri nəzərdə tutulmayıb. Əvvəlcə Ermənistana gedib yeni hakimiyyətlə tanış olmalıdırlar. Kimlə danışacaqlarını və kimlə işləyəcəklərini bilməlidirlər. Onların ağlında nə olduğunu öyrənsinlər. Bu, həmsədrlər üçün vacibdir".
 

O əlavə edib ki, həmsədrlər tərəfindən Ermənistan və Azərbaycan XİN başçılarının görüşü təklif edilsə də, hələ tarix və görüş yeri müzakirə edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏR

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR