SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb

SOCAR ixrac etdiyi neft məhsullarının həcmini və qiymətini açıqlayıb
# 01 iyul 2016 16:42 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi bu ilin iyun ayında 33 816 ton dizel yanacağı, 15 157 ton təyyarə yanacağı, 6 535 ton yüksək təzyiqli polietilen, 1 252 ton mütləqləşdirilmiş izopropil spirti, 6 873 ton maye piroliz qətranı, 2 099 ton propilen və 3 401 ton butilen butadien fraksiyası ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-iyun ayları ərzində 389 223 ton dizel yanacağı, 128 738 ton təyyarə yanacağı, 2 298 ton soba mazutu, 46 896 ton yüksək təzyiqli polietilen, 7 385 ton mütləqləşdirilmiş izopropil spirti, 35 215 ton maye piroliz qətranı, 23 245 ton propilen və 10 085 ton butilen butadien fraksiyası ixrac edilib.

Bu ilin iyun ayında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti (1 ton üçün) - 496,47 ABŞ dolları, təyyarə yanacağının - 451,40 dollar, dizel yanacağının - 431,56 dollar, 1% kükürdlü mazutun qiyməti - 247,03 dollar, yüksək təzyiqli polietilenin - 1138,75 dollar, butilen butadien fraksiyasının - 464,93 dollar, maye piroliz qətranının - 496,47 dollar, propilenin qiyməti - 652,50 avro, mütləqləşdirilmiş izopropil spirtinin qiyməti - 840 avro təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR