“Unibank” dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb

“Unibank” dünyanın nüfuzlu maliyyə qurumu ilə əməkdaşlığa başlayıb
# 05 noyabr 2015 08:06 (UTC +04:00)

Bakı. Yeganə Laçınzadə - APA-Economics. "Unibank" korporativ müştəriləri üçün daha bir imkan yaradıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, beynəlxalq ticarətlə məşğul olmaq istəyən bank müştərilərinə dəstək məqsədi ilə “Unibank” dünyanın tanınmış banklarından olan “Credit Agricole”la əməkdaşlığa başlayıb. Bu əməkdaşlıq bankın sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi üzrə tərəfdaşlar şəbəkəsini davamlı genişləndirməsinin daha bir göstəricisidir. “Credit Agricole” bankı tərəfindən ayrılan kredit xətti sənədli əməliyyatları biznes üzrə müştərilərə göstərilən xidmətlərin səmərəliliyinin artırılmasına imkan verəcək. “Unibank” bu xidmətdən istifadə edən korporativ müştərilərinə maliyyə dəstəyi də göstərəcək.

Qeyd edək ki, “Credit Agricole” - Fransanın geniş filial şəbəkəsi olan ən böyük banklarından biridir. Aktivlərinin böyüklüyü ilə seçilən bank qrupu yalnız Fransada deyil, bütün dünya üzrə nəhənglərdən hesab edilir.

Ölkəmizdə sahibkarlığın inkişafına dəstək hər zaman “Unibank”ın prioritetlərindən biri olaraq qalır. Yüksək keyfiyyətli bank xidmətlərindən faydalanmaq üçün sahibkarlar bankın “Qara Qarayev”, “İçərişəhər”, “Dərnəgül” , “Yasamal”, “8 saylı” filialları və “Unibank- biznes mərkəzi”nə müraciət edə bilərlər. Məqsəd bankın ölkənin iqtisadi inkişafına dəstəyini bir qədər də gücləndirməkdir.

Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook və twitter səhifələrindən (www.facebook.com/unibank.az, https://twitter.com/unibank) əldə etmək olar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR