Kürdəmirdə minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var

Kürdəmirdə minik avtomobili ilə motosiklet toqquşub, xəsarət alan var
# 26 iyun 2016 22:27 (UTC +04:00)

Kürdəmir. Zahid Abışov-APA. Kürdəmirdə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


APA-nın yerli bürosunun xəbərinə görə, hadisə şəhərin Bakı prospektində qeydə alınıb.


Kürdəmir rayonun Qaraçaqqallı kənd sakini, 1989-cu il təvəllüdlü Fəqan Valeh oğlu Əmrahovun idarə etdiyi "Mercedes" markalı minik maşını ilə Bakı istiqamətində hərəkətdə olarkən, həmin rayonun Xırdapay kənd sakini, 1983-ci il təvəllüdlü Raqif Ədalət oğlu Hüseynovun idarə etdiyi “Muravey” markalı motosiklet ilə toqquşub.


Nəticədə, motosikletin sürücüsü R. Hüseynov müxtəlif bədən xəsarətləri ilə Kürdəmir Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. İlkin ehtimala görə, hadisəyə səbəb "Muravey"in sürücüsünün dönmə əməliyyatını düzgün yerinə yetirməməsi olub.


Faktla bağlı Kürdəmir Rayon Polis Şöbəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR