Nizami adına Ədəbiyyat İnstitutu növbəti beynəlxalq müqaviləyə imza atıb - FOTOSESSİYA

Nizami adına Ədəbiyyat İnstitutu növbəti beynəlxalq müqaviləyə imza atıb - <span style="color: red;">FOTOSESSİYA
# 16 oktyabr 2014 19:21 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunda Rusiya Təhsil Akademiyası Sankt-Peterburq Smolnı Universitetinin rektoru, Beynəlxalq Energetika Akademiyasının akademiki Heydər İmanovla görüş keçirilib.

İnstitutun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş zamanı Nizami adına Ədəbiyyat İnstitutu ilə Sankt-Peterburq Smolnı Universiteti arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb.

Tədbirdə AMEA-nın vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru İsa Həbibbəyli humanitar elmlər sahəsində elmi-tədqiqat işlərinin genişləndirilməsini prioritet istiqamət kimi nəzərdə tutan bir sıra yeni qurumların yaradıldığını bildirib. Akademikin sözlərinə görə, indi akademiya sistemində yeni yaradılan Dünya siyasəti, Elm Tarixi və Qafqazşünaslıq institutlarının formalaşması prosesi gedir, bu da yeni elmi istiqamətlərdə geniş tədqiqat-araşdırma işlərinin aparılmasına geniş meydan açacaq.

İ. Həbibbəyli yanvarda elmi-tədqiqat müəssisəsinin 80 illik yubileyinin keçirildiyini, institutda yeni elmi nəşrlərin fəaliyyətə başladığını, akademiya sistemində ilk olaraq yaradılan elektron akt zalı barədə danışaraq aparılan tədqiqat işlərindən ətraflı bəhs edib.

H. İmanov isə rəhbərlik etdiyi elmi müəssisənin yaradıcılıq fəaliyyətindən ətraflı məlumat verərək, burada aparılan tədqiqat işlərinin mahiyyəti barədə danışıb. Elmi sferada əməkdaşlıq əlaqələrinin yaradılmasında hər iki ölkənin maraqlı olduğunu vurğulayan qonaq Azərbaycan və rus alimlərinin qarşılıqlı elmi əməkdaşlıq fəaliyyətini yüksək dəyərləndirib. O qeyd edib ki, Azərbaycan və Rusiyanın elmi qurumları arasında yaranan əməkdaşlıq hər iki ölkə alimlərinin uğurlu tədqiqat işlərini daha da genişləndirməyə münbit şərait yaradacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR