BDU ilə USAİD arasında anlaşma memorandumu imzalanıb - FOTO

BDU ilə USAİD arasında anlaşma memorandumu imzalanıb  - <span style="color: red;">FOTO
# 13 noyabr 2012 11:06 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bakı Dövlət Universiteti (BDU) ilə USAİD arasında davamlı əməkdaşlıq yaratmaq məqsədi ilə anlaşma memorandumu imzalanıb. BDU-nun mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, memorandumu universitetin rektoru, akademik Abel Məhərrəmov və Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Azərbaycan üzrə missiya rəhbəri Maykl Qrin imzalayıblar.

Anlaşma memorandumuna əsasən, tərəflər yeni magistr proqramının hazırlanması və həyata keçirilməsi, proqramı üzrə yeni fənlərin və tədris planının tərtibi və fakültə üzvləri üçün tədris planının hazırlanması, tədris metodologiyasının istifadə üzrə təlimlərin keçirilməsi istiqamətində birgə əməkdaşlığı bəyan ediblər. Onlar həmçinin yeni magistr proqramı üçün dərs vəsaitlərindən və digər müvafiq materiallardan ibarət kitabxananın qurulmasına başlayacaq. Dəniz və Enerji hüququ üzrə magistr proqramı 2 illik tədris proqramı olacaq. Bu proqram tam yeni fənlərdən ibarət olaraq hüququn Azərbaycana daha çox aidiyyəti olan sahələrinə xüsusi diqqət yetirəcək. İlk tələbələrin qəbulu 2013-cü ilin payızında planlaşdırılır. Başlanğıcda proqramın tədris dili ingilis dili olacaq.

Görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar da iştirak edib. Sonra səfir tələbələrlə görüşüb və onları maraqlandıran suallara cavab verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR