Gəncədə əvvəllər məhkum olunmuş şəxs nənə və nəvəsini döyərək onları qarət edib

Gəncədə əvvəllər məhkum olunmuş şəxs nənə və nəvəsini döyərək onları qarət edib
# 15 aprel 2015 10:18 (UTC +04:00)

Bakı. Fuad Cəfərov – APA. Gəncədə soyğunçuluqda təqsirləndirilən şəxs tutulub.

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 14-də Gəncə şəhər sakini, əvvəllər məhkum olunmuş Şahin Məlikov şəhər ərazisində kirayədə yaşadığı mənzildə, oranın sahibi Güllü Hüseynovanı və nəvəsi Zərifə Bayramovanı döyüb, Zərifənin qızıl boyunbağını alaraq, hadisə yerini tərk edib.

Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ş. Məlikov tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR