Zaur Qurbanlının apellyasiya şikayəti təmin olunmayıb

Zaur Qurbanlının apellyasiya şikayəti təmin olunmayıb
# 09 aprel 2013 12:13 (UTC +04:00)

Bakı. Fuad Cəfərov - APA. Bakı Apellyasiya Məhkəməsində “Nida” Vətəndaş Hərəkatının həbsdə olan üzvü Zaur Qurbanlının apellyasiya şikayətinə baxılıb.

Bu barədə APA-ya məlumat verən vəkil Xalid Bağırov prosesdə məhkəmə qərarının elan olunduğunu bildirib. Qərara əsasən, apellyasiya şikayəti təmin olunmayıb.

Qeyd edək ki, apellyasiya şikayəti Z.Qurbanlı barəsində seçilmiş həbs-qətimkan tədbiri barədə qərardan verilib. Şikayətdə həmin qərarın ləğv edilməsi və onun azadlığa buraxılması tələb olunub.

Xatırladaq ki, “Nida” Vətəndaş Hərəkatının üzvü Zaur Qurbanlıya qarşı Cinayət Məcəlləsinin 228.3-cü (qanunsuz olaraq partlayıcı maddələr və qurğular əldə etmə, hazırlama, daşıma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. Z.Qurbanlı barəsində məhkəmənin qərarı ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR