Novosibirskdə silsilə qətllər törədən taksi sürücüsü tutulub

Novosibirskdə silsilə qətllər törədən taksi sürücüsü tutulub
# 29 oktyabr 2015 10:44 (UTC +04:00)

Bakı-APA. Rusiyanin Novosibirsk şəhərində 4 qətl törətdiyini etiraf edən 39 yaşlı yerli sakin saxlanılıb.

APA-nın “LifeNews”-a istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsindən məlumat verilib.

Bundan əvvəl dəfələrlə mühakimə olunan taksi sürücüsünün qurbanları əsasən qadınlar olub.

31 yaşlı birinci qurbanın cəsədi 2015-ci ilin iyulunda Novosibirsk əyalətinin Moşkovsk rayonunda tapılıb. 3 aydan sonra isə 28 yaşlı digər qurban Kalininsk rayonunda aşkarlanıb.

Aparılan ekspertiza nəticəsində cinayətkarın kimliyi müəyyənləşib.

Hazırda işlə bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR