London sakinləri nəqliyyatçıların tətilinə görə bir sutka metrodan istifadə edə bilməyəcək

London sakinləri nəqliyyatçıların tətilinə görə bir sutka metrodan istifadə edə bilməyəcək
# 08 iyul 2015 04:35 (UTC +04:00)

Bundan başqa Londonun vağzalları və bir neçə qraflıqlar arasında dəmiryolu əlaqəsində məhdudiyyətlər yaranacaq.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, metropolitenin 20 min işçisini birləşdirən dörd həmkarlar ittifaqı bu gün Bakı vaxtı ilə saat 22.30-dan başlayaraq 24 saatlıq tətil keçirəcək. Etirazçılar metropoliten rəhbərliyindən sentyabrın 12-dən istirahət günlərində 24-saatlıq iş rejiminə keçidlə bağlı əmək haqlarının artırılmasını tələb edirlər.

Metropoliten rəhbərliyi, öz növbəsində, həmkarlar ittifaqlarına ədalətli təklif irəli sürsdüyünü iddia edir. Belə ki, gecə növbəsində çalışan maşinistlərə 2 min funt sterlinq məbləğində əlavə bonus və maaşları 2 faiz artırmaq təklif olunub.

Məlumata görə, metro işçilərini bu təklif qane etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR