Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşdirilib

Avropada 2014/15 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşdirilib
# 27 avqust 2015 22:39 (UTC +04:00)

Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının Monakoda keçirilən püşkatma mərasimində UEFA həm kişi, həm qadın futbolçular arasında ən yaxşını mükafatlandırıb.

Argentinalı Lionel Messi (“Barselona”) mükafata namizəd olan digər iki futbolçunu - klubdakı komanda yoldaşı uruqvaylı Luis Suares və “Real”ın portuqaliyalı hücumçusu Kriştianu Ronaldonu qabaqlayıb.

Messi 5-ci dəfə keçirilən sorğuda 2-ci dəfə qalib gəlib. O, 2011-ci ildə mükafatın ilk qalibi olmuşdu. Argentinalıdan başqa, ispaniyalı Andres İnyesta (2012), fransalı Frank Riberi (2013) və portuqaliyalı Kriştianu Ronaldo (2014) da buna nail olub.

Qadın futbolçular arasında isə fransalı Amandin Anri və həmyerlisi Cenifer Morojanı qabaqlayan almaniyalı Sella Şaşiç ən yaxşı adına layiq görülüb.

3-cü dəfə keçirilən sorğunun əvvəlki qalibləri də Bundestimin üzvləri olub. Nadin Anqerer 2013, Nadin Kessler 2014-cü ildə mükafata sahib çıxıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR