Bakıda “Nur dünyası” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək – FOTO

Bakıda “Nur dünyası” adlı fərdi yaradıcılıq sərgisi keçiriləcək – <span style="color: red;">FOTO
# 10 noyabr 2012 13:35 (UTC +04:00)

APA-nın məlumatına görə, sərginin 17-27 noyabr tarixlərində Bakı İncəsənət Mərkəzinin “Yeni Gallery” sərgi salonunda keçirilməsi planlaşdırılır. Həmin gün rəssam Tahirə Abdullayevanın sözügedən mövzuda əsərləri sərgilənəcək.

Rəssam bildirib ki, rəsm kolleksiyası Müqəddəs “Qurani-Kərim”dən kəlmələr və deyimlərlə boldur: “Mənim ürəyimdə hər zaman bir möhtəşəm nağıl xəyalı vardı: ilahi dünyaya islam kalliqrafiyası prizmasından nəzər salmaq. Ümumiyyətlə, zərgər işinə bənzər xəttatlıq sənəti incəsənət növlərinin ən çətinidir. Burada kiçicik səhvə belə, yer yoxdur. Məncə, necə ki, gözəl bir mahnının musiqisi və sözlərinin mənası bizə xoş gəlir, ruhumuzu qidalandırır və onu dəfələrlə dinləmək istəyirik, eləcə də sənət əsərinin böyük bir mənası olmalıdır. O insan gözünə nur verməli, qəlbinə və həyatına ahəng, sağlıq, sevinc və bərəkət gətirməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR