Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli məktəbdə baş vermiş insidentlə bağlı məsələni araşdırıb

Təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli məktəbdə baş vermiş insidentlə bağlı məsələni araşdırıb
# 26 aprel 2013 18:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Bu gün təhsil naziri Mikayıl Cabbarov Bakı şəhəri 53 nömrəli tam orta məktəbdə dünən baş vermiş insidentlə bağlı Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Nailə Rzaquliyevanı, adıçəkilən təhsil müəssisəsinin direktoru Firəngiz Həsənovanı və həmin məktəbin XI «b» sinif şagirdi Aygül Məmmədovanı görüşmək məqsədi ilə dəvət edib. Nazirliyin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, müzakirə zamanı məsələnin hicab zəminində deyil, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən məktəbdə keçirilən fizika fənni üzrə monitorinq imtahanına nəzarət prosesinə rəhbərlik edən şəxslə şagird arasında iddia olunan nizam-intizam məsələsi ətrafında yaranmış mübahisədən qaynaqlandığı müəyyən edilib.

Görüşdə nazir tərəfindən Azərbaycan Respublikasında təhsil sahəsində fəaliyyət göstərən hər bir dövlət orqanının nümayəndəsinin və tədris prosesinin iştirakçılarının səylərinin tədris prosesinin qanunun aliliyi, qarşılıqlı hörmət və tədrisin keyfiyyəti kimi amillərin əsasına qurulmasının vacibliyi vurğulanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR