Azərbaycanda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb

Azərbaycanda baş verən yol qəzasında iki nəfər ölüb, bir nəfər xəsarət alıb
# 01 may 2013 10:02 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, aprelin 30-da saat 22.30 radələrində Şabran rayonunun Gəndob kəndi ərazisində Xaçmaz rayon sakini Nurəddin Əlimuradovun idarə etdiyi "Hyundai" markalı və Sumqayıt şəhər sakini Elton Süleymanovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşub. Bununla əlaqədar kömək məqsədi ilə oraya gələn Mollakamallı kənd sakinləri Sahib Orucov, Nicat Babayev və Hüseynağa Hüseynov bu zaman hadisə yerindən keçən Bakı şəhər sakini Mehman Quliyevin idarə etdiyi "Toyota" markalı avtomaşınla vurulublar. Nəticədə H.Hüseynov və N.Babayev hadisə yerində ölüb, S.Orucov isə xəstəxanaya yerləşdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR