Azərbaycan MN: Xocavənd, Füzuli və Goranboy istiqamətində atəşkəs pozulub

Azərbaycan MN: Xocavənd, Füzuli və Goranboy istiqamətində atəşkəs pozulub
# 29 iyun 2016 07:25 (UTC +04:00)

Bakı-APA. Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

APA Müdafiə Nazirliyinin saytına istinadən xəbər verir ki, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Aşağı Seyidəhmədli, Qaraxanbəyli kəndləri yaxınlığında, həmçinin Goranboy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR