Azərbaycandan Rusiyaya səfər edənlərin sayı 6,5% azalıb, əks istiqamətdə 2% artım var

Azərbaycandan Rusiyaya səfər edənlərin sayı 6,5% azalıb, əks istiqamətdə 2% artım var
# 01 iyul 2016 07:32 (UTC +04:00)

Bakı - APA-Economics. Bu ilin I rübündə Azərbaycandan Rusiyaya səfər edənlərin sayında azalma müşahidə olunur.

"APA-Ecoonmics" xəbər verir ki, hesabat dövründə Azərbaycandan Rusiyaya 159 min nəfər səfər edib ki, bu da ilin əvvəli ilə müqayisədə 6,5% azalma deməkdir. Ümumilikdə, Rusiyaya səfər edənlərin sayına görə, Azərbaycan 5-ci yeri tutur. Nə qədər qəribə olsa da, birinci yerdə Ukrayna qərarlaşıb (1 mln. 212 min nəfər, 16,8% azalma). İkinci yeri Qazaxıstan (599 min nəfər, 50,2% azalma), üçüncü yeri Polşa (365 min nəfər, 12,1% azalma), dördüncü yeri isə Finlandiya (305 min, 5,9% azalma) tutur.

Bu ilin ilk 3 ayında Rusiyadan Azərbaycana səfər edənlərin sayında isə artım müşahidə olunur. Belə ki, şimal qonşumuzdan ölkəmizə 106 min nəfər səfər edib ki, bu da 1,9%-lik artım deməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR