Qənirə Paşayeva: “Mənə qarşı qarayaxma kampaniyası aparırlar”

Qənirə Paşayeva: “Mənə qarşı qarayaxma kampaniyası aparırlar”
# 17 aprel 2013 20:43 (UTC +04:00)

Bakı-APA. “Bəzilərinin sosial şəbəkələrdə mənə qarşı apardığı qarayaxma kampaniyasını üzüntü ilə qarşılayıram. Bu insanlara bir az ədalət, obyektivlik hissi arzulayıram. Azərbaycan həqiqətlərini hər yerdə, hətta ermənilərin iştirak etdiyi ödül törənində belə geniş söyləyən insana qarşı bu cür müzakirələr ədalətsizlikdir”.

APA-nın məlumatına görə, bunu millət vəkili Qənirə Paşayeva deyib.


Q. Paşayeva deyib ki, o, çıxşında da Ermənistanın işğalçılıq siyasətindən, Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından danışıb: “Məndən sonra Türkiyə əsilli erməni sənətçi Hayko Tataryanın "Mən Türkiyə əsilli bir erməni sənətçiyəm. Türk xalqı hər zaman bizə qucaq açıb və yaxşı münasibət göstərib. Türkiyə Cümhuriyyəti vətəndaşı olmaqdan qürur duyuram, bu səhnədən enərək millət vəkili Qənirə Paşayevanın yanına getmək, onun əlini sıxmaq istərdim” dedi. O, səhnədən bizim masaya gəlib əl uzadaraq, "mən sizin çıxışınızı dinlədim, yaşadıqlarınızdan dolayı çox üzgünəm" dedi. Bundan sonra təkrar səhnəyə çıxıb, Hayko Tataryana bunun yetərli olmadığını dedim. Ona bildirdim ki, barış onun mənə uzatdığı əllə yarana bilməz. Barışın yarana bilməsinin başlanması üçün Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından geri çəkilməli, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün evlərinə dönməlidir. Mən orda da bildirdim ki, Türkiyədəki erməni əsilli sənətçilər də Ermənistana, erməni xalqına barışın vacibliyini, işğalın durdurulmasının önəmini tez-tez xatırlatmalıdırlar”.

Q. Paşayeva deyib ki, artıq tədbirin video görüntüsü “youtube”də yerləşdirilib, həmçinin o, bu materialları mətbuata da təqdim edib: “ Ümid edirəm ki, bu görüntülərdən sonra mənə qarşı qarayaxma kampaniyası aparanlar yanlış etdiklərini söyləyəcəklər. Əgər içlərində bir az da olsa ədalət hissi varsa, belə etməlidirlər”.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR