Azad Rəhimov Rusiyaya səfərə gedir

Azad Rəhimov Rusiyaya səfərə gedir
# 30 oktyabr 2015 11:12 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Gənclər və idman naziri Azad Rəhimovun Rusiyanın paytaxtı Moskvaya rəsmi səfəri başlayır. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, səfərin məqsədi 31 oktyabrda Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) VI Forumunda və II hesabat-seçki konfransında iştirakdır.

Bildirilib ki, Forumda gənclərin vətənpərvərlik və mənəvi əxlaqi tərbiyəsində turizmin və tarixin rolu, gənclərin karyera inkişafı, sahibkarlıq və uğura aparan yol, Azərbaycanın ictimai-siyasi həyatı və s. kimi mövzular müzakirə olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR