Memar Davud Axundovun 95 illik yubileyi qeyd olunub - FOTO

Memar Davud Axundovun 95 illik yubileyi qeyd olunub - <span style="color: red;">FOTO
# 11 aprel 2013 15:06 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Azərbaycanın görkəmli memarı və tarixçisi, Azərbaycan SSRİ Dövlət Mükafatı laureatı, Beynəlxalq Şərq Akademiyasının fəxri üzvü Davud Axundovun 95 illik yubileyi keçirilib.

AzMİU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, konfransı çıxış sözü ilə açan universitetin rektoru, Gülçöhrə Məmmədova D. Axundovun həyat və yaradıcılığından danışıb, onu dövrünün bütün gənc memarlarının atası adlandırıb.

Rektor qeyd edib ki, D. Axundov tarixi abidələrin bərpası istiqamətində böyük işlər görüb. O, Bakı, Sumqayıt, Ağdam, Mingəçevir və digər şəhərlərdə bir sıra yaşayış binalarının müəllifi olub. Rektor Qafqaz Albaniyası dövrünün ilk araşdırmasının da D. Axundov tərəfindən aparıldığını diqqətə çatdırıb: “O, uzun illər Qız qalasının nə məqsədlə tikildiyi və tarixi barədə elmi mübahisələr aparıb. Bakının simvolu olan Qız qalası ilə bağlı onun nəzəriyyəsi, hələ də tarixçiləri araşdırma mövzusu olaraq qalır”.

Digər tədbir iştirakçıları da D. Axundov həyat və yaradıcılığı haqqında fikirlərini bölüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR