Hüquq müdafiəçisi bir sıra polis şöbələrində monitorinq keçirib

Hüquq müdafiəçisi bir sıra polis şöbələrində monitorinq keçirib
# 10 oktyabr 2014 11:30 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və köməkçisi Rövşən Məmmədov Qobustan, Şamaxı, Ağsu, Göyçay rayon polis şöbələrinin müvəqqəti saxlanma yerlərində monitorinq keçiriblər.

Bu barədə APA-ya məlumat verən E. Behbudov bildirib ki, monitorinq zamanı hər hansı qanun pozuntusu aşkar edilməyib: “Saxlanılan şəxslərin saxlanma şəraitindən və onlara qarşı münasibətdən şikayətləri olmadı. Saxlanma yerləri ilə bağlı vəziyyət yaxşılaşdırılıb. Daxili işlər naziri Ramil Usubovun əmri ilə görüş otaqlarına televizorlar qoyulub. Saxlanılan şəxslər görüş zamanı müstəntiqin icazəsi ilə televizordan istifadə edə bilərlər. Bundan əlavə dəhlizlərdə də kondisionerlər quraşdırılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR