SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib - FOTO

SOCAR prezidenti neftçilərə yeni mənzillərin orderlərini təqdim edib - <span style="color: red;">FOTO
# 18 sentyabr 2015 10:23 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Neftçilər günü” ərəfəsində, bu gün SOCAR-ın prezidenti Rövnəq Abdullayev və şirkət rəhbərliyinin nümayəndələri Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi Emin Quliyev prospektində tikilmiş 2 yeni yaşayış binasının istifadəyə verilməsi ilə bağlı keçirilən təntənəli mərasimdə iştirak ediblər.

APA-Economics”in məlumatına görə, SOCAR prezidentinə məlumat verilib ki, istifadəyə verilən 1 ədəd 2 bloklu və 1 ədəd 1 bloklu yeni yaşayış binaları 12 mərtəbədən, mansarddan və ümumilikdə 204 mənzildən ibarətdir. Bina bütün kommunal xidmətlərlə təchiz edilib. Ümumi sahəsi 14109,5 kvadrat metr ərazini əhatə edən binaların yaşayış sahəsi 8235,9 kvadrat metrdir.

Bundan başqa, 1 bloklu binanın birinci mərtəbəsində 505,2 kvadrat metr, 2 bloklu binada isə 963,6 kvadrat metrlik qeyri-yaşayış sahəsi də var. Binalarda 24 ədəd birotaqlı, 132 ədəd ikiotaqlı, 36 ədəd və 12 ədəd dördotaqlı mənzil vardır. Qeyd olunmuşdur ki, binaların eskiz layihəsi Bakı şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdərəsi ilə razılaşdırılıb, inşaat işlərinə isə Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 2014-cü il yanvar ayından başlanılıb. Binalarda istilik sistemi mərkəzləşmiş qazanxana vasitəsi ilə həyata keçirilir. Ərazidə 2 ədəd 300 kubmetrlik tutuma malik hovuz tikilib ki, bu da sakinlərin daimi olaraq isti və soyuq su ilə təchizatına zəmin yaradır. Binalarda Cənubi Koreya istehsalı olan yük və sərnişin liftləri quraşdırılıb. İnşaat işlərinin podradçısı isə “Tikinti - Quraşdırma ANKZ-2” ASC-dir. Binaların ətrafı abadlaşdırılmış, sakinlərin səmərəli istirahətinin təşkili üçün hər cür şərait yaradılıb.

Sakinlər qarşısında çıxış edən R. Abdullayev SOCAR-ın idarə və müəssisələrində çalışan işçilərin sosial problemlərinin həllinin hər zaman diqqət mərkəzində olduğunu bildirib, bu sahədə mühüm sosial proqramların həyata keçirildiyini vurğulayıb.

Daha sonra R. Abdullayev yeni binanın rəmzi qırmızı lentini kəsərək, onu müşayiət edən şəxslərlə birlikdə mənzilləri gəzib, neftçilərin yaşayışı üçün yaradılmış şəraitlə tanış olub. Neftçilərə order və açarları təqdim edən SOCAR prezidenti onlara yeni mənzillərində firavan həyat arzulayıb. Yeni binanın sakinləri adından çıxış edənlər göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR