Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçiriləcək

Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçiriləcək
# 16 oktyabr 2012 12:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Oktyabrın 18-də İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Azərbaycan-Bosniya-Herseqovina biznes forumu keçiriləcək.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, tədbirdə Azərbaycan və Bosniya-Herseqovinanın inşaat, İKT, neft-qaz və kimya məhsullarının istehsalı, ətraf mühitin mühafizəsi, su qurğularının tikintisi, metallurgiya, təhlükəsizlik və yanğınsöndürmə xidmətləri və digər sektorlarda fəaliyyət göstərən iş adamları iştirak edəcəklər.

Biznes forum çərçivəsində iki ölkənin biznes və investisiya imkanlarına dair təqdimatlar keçiriləcək və sahibkarlar arasında ikitərəfli görüşlər təşkil olunacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR