Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 4 pillə geriləyib

Azərbaycan yığması FİFA-nın reytinq cədvəlində 4 pillə geriləyib
# 03 oktyabr 2012 11:52 (UTC +04:00)
Bakı – APA. FİFA növbəti reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, hazırda 111-ci yerdə olan Azərbaycan yığması ötən ayla müqayisədə 4 pillə geriləyib.

Hesabında 309 xal olan milli dünyada 111-ci, Avropada 43-cüdür.

Komandamızın xal hesabına ay ərzində keçirilən 2 oyun əlavə olunub. Bunlar DÇ-2014-ün seçmə mərhələsinin İsrail (1:1) və Portuqaliya (0:3) ilə oyunlarıdır.

Yığmamızın seçmə mərhələdəki rəqiblərindən Portuqaliya 1259 xalla 3-cü, 1012 xala malik Rusiya 12-ci yerdədi. Qrupumuzun favoritləri 1 pillə irəliləyiblər.

İsrail yığması 7 pillə geriləyərək 423 xalla 82-cidir. 12 pillə irəliləyən Şimali İrlandiya 117-ci yerə yüksəlib - 287 xal. Lüksemburq isə 191 xalla 142-ci yerdədir. Onlar 36 pillə geriləyiblər.

İlk 3 pillədə Portuqaliya ilə yanaşı, 1611 xala malik İspaniya və 1459 xalla Almaniya qərarlaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR