Məhkumlardan qadağan olunmuş əşyalar götürülüb

Məhkumlardan qadağan olunmuş əşyalar götürülüb
# 06 mart 2014 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Məhkumlardan qadağan olunmuş əşyalar götürülüb. Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı İstintaq Təcridxanasında saxlanılan, Cinayət Məcəlləsinin 234.1 maddəsi ilə təqsirli bilinərək həbs edilmiş şəxs Elçin Arif oğlu Abdullayevin saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, yatdığı çarpayının üstündəki döşəyin altında gizlədilmiş, daxilində “Sim” danışıq kartı olan 1 ədəd “Nokia” markalı mobil telefon aparatı və 1 ədəd “Nar” danışıq kartı aşkar edilərək götürülüb.

Həyata keçirilmiş digər əməliyyat-axtarış tədbirləri nəticəsində Qobustan həbsxanasında cəza çəkən, Cinayət Məcəlləsinin 232.1; 234.1; 177.2.1; 177.2.2; 177.2.3; 177.2.4; 66.3 və 93.1.4 maddələri ilə təqsirli bilinərək azadlıqdan məhrum edilmiş məhkum Murad Hamlet oğlu Məmmədovun saxlandığı kameraya və üzərinə baxış keçirilərkən, əynində olan şalvarın cibindən 1 ədəd “Nokia” markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.


Hər iki fakt üzrə araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR